1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq
Növbədənkənar prezident seçkilərinin şəffaf keçirilməsi üçün bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov artıq beynəlxalq müşahidəçilərə dəvətlər göndərildiyi də açıqlayıb.