10 ton at və ölü mal əti satanlar saxlanılıblar
2020-02-02 12:06
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri birgə əməliyyat keçirib. Ölmüş at və iri buynuzlu mal ətlərinin müxtəlif rayonlardan toplanması, tədarükü, emalı və satışı ilə məşğul olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimov və həmyerlisi Davud Əhmədov saxlanılıblar. Ümumilikdə qidaya yararsız, mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkar olunub. Hər 2 şəxs həbs edilib və dəstənin digər üzvlərinin istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nərgiz camal