10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib
ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin 11-ci iclası keçirilib. Komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən Azərbaycan muğamı, yallı, çövkən, Lahıc misgərlik sənəti, dolma hazırlanması, pəhləvanlıq kimi 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib. Bununla da Azərbaycanın siyahıdakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb.
Vüsalə Cənnətova