10 min işsizə birdəfəlik ödəmə köçürülüb
2020-04-10 10:03
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, şəxslər müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Fərid Mehdiyev