10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

2020-12-25 18:02

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbir zamanı Pərvin Vəliyeva saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 4 kiloqram 709 qram heroin, 3 kiloqrama yaxın metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərlan İsrafilov saxlanılıb. Onun üzərindən və idarə etdiyi “Toyota” markalı avtomobildən ümumilikdə 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 ədəd elektron tərəzi və bir ədəd tapança aşkar edilərək götürülüb. Həyata keçirilən növbəti əməliyyatda Cəmil Əhmədovdan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Əvvəllər məhkum olunmuş şəxslər Məhəmməd Həbibov və Aynur Yaqubova da saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb. Sonuncu silsilə əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik