10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
2021-04-06 10:04
Dünən polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən İmişli sakini E.Vəliyev, Şabran sakini R.Ağamirzəyev və Bərdə sakini Ə.Məmmədova barəsində cinayət işi başlanılıb.
Fərid Mehdiyev