1 aya 173 yaşayış məntəqəsi işğaldan azad edilib
2020-10-27 14:05
1 aydır davam edən əks-hücum əməliyyatları zamanı Azərbaycan ordusu 4 şəhər, 4 qəsəbə, 165 kəndi işğaldan azad edib. Ümumilikdə, Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
Vüsalə Camal