1 apreldən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək
2021-03-30 18:07
Aprelin 1-dən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla agentliyin rəsmi internet səhifəsindən və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar.
Vüsalə Camal