1 362,3 hektar ərazi minalardan təmizlənib
İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi Sursat aşkarlanıb. 1 362,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Fərid Mehdiyev