”Azərbaycan-Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rejimi ola bilməz
2020-09-16 18:00
”Azərbaycan-Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rejimi ola bilməz. Biz bunu qarşılıqlı olaraq aradan qaldırmışıq”. Xarici İşlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, nazir Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi qaldırılıb. Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar aparılır və texniki baxımdan sənədlərin razılaşdırılması üzərində iş gedir. Nazir müavini yaxın vaxtlarda praktiki baxımdan da buna nail olunacağını bildirib.
Fərid Mehdiyev