“Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir”. Prezident İlham Əliyev
2021-10-11 14:10
Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Prezident İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı onu da bildirib ki, işğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini, mədəni və dini obyektlərini qəsdən dağıdırdı. Məqsədi əsrlərlə bu ərazilərdə yaşamış Azərbaycan xalqının izini silməkdən ibarət idi. 44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Vüsalə camal