“Yuventus" klubunun hücumçusu futbol tarixinin ən məhsuldar oyunçusu olub
2021-03-15 12:10
İtaliyanın “Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldo futbol tarixinin ən məhsuldar oyunçusu olub. Forvard bu nailiyyətə İtaliya A Seriyasının 27-ci turu çərçivəsində "Kalyari" ilə oyunda nail olub. Portuqaliyalı het-triklə yadda qalaraq karyerasında rəsmi oyunlarda 770-ci qolunu vurub və bu nəticəyə görə Peleni qabaqlayıb. Əfsanəvi futbolçu bu münasibətlə Ronaldonu təbrik edib.
Nərgiz camal