“Yuventus”un futbolçusunun keçidi tamamlanmaq üzrədir
2020-01-31 18:05
“Yuventus”un futbolçusu Emre Canın “Borussiya”ya keçidi tamamlanmaq üzrədir. Almaniyalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanacağı bildirilir. Türk əsilli futbolçu 2018-ci ildə “Liverpul”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Yuventus”a keçib.
Fərid Mehdiyev