“Yuventus”un futbolçusu yenidən koronavirusa yoluxdu
2020-04-29 12:06
İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb. 27 yaşlı hücumçunun müvafiq testi 4-cü dəfə müsbət nəticələnib. Dibala hazırda daha intensiv müalicədən keçmək niyyətindədir. Çünki Turin təmsilçisi mayda məşqləri bərpa etməyi planlaşdırır.
Vəfa Şairova