“YAŞAT” Fonduna “ASAN ödəniş” sistemi vasitəsilə də ianə etmək imkanı yaradılıb
2020-12-17 14:04
“YAŞAT” Fonduna “ASAN ödəniş” sistemi vasitəsilə də ianə etmək imkanı yaradılıb. "ASAN xidmət"dən Fonda dəstək olmaq istəyən şəxslər www.asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “Yardım fondu” kateqoriyasına daxil olub, “YAŞAT” Fondu” bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər. “YAŞAT” Fondu bölməsində üç kateqoriya - Azərbaycan vətəndaşları üçün, xarici vətəndaşlar üçün və anonim ödəniş kateqoriyaları mövcuddur.
Vüsalə Camal