“YAŞAT” Fondu adından istifadə edərək saxtakarlıq edən şəxs saxlanılıb
2020-12-18 18:09
“YAŞAT” Fondunun adından sui-istifadə edərək pul toplamaq məqsədi ilə sosial şəbəkələrdə vətəndaşlara çağırışlar edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, Füzulidə qeydiyyatda olmaqla Qaradağın Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev əvvəlcə “instagram” sosial şəbəkəsində Fondun rəsmi hesabına oxşar səhifə yaradıb. Şəxsi kart hesablarını yerləşdirərək şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb. Daxili İşlər Nazirliyi vətəndaşlara bu baxımnan ayıq-sayıq davranmaları yönündə müraciət edib.
Nərgiz Camal