“Xilasedici” bu gün Çempionlar Liqasında həlledici oyuna çıxacaq
Kişi voleybolçulardan ibarət Azərbaycanın “Xilasedici” komandası bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda bu gün Bakı vaxtı ilə saat 23:00-da Sloveniyanın “ACH Volley Lyublyana” klubu ilə qarşılaşacaq.Bakıda keçirilən ilk oyunda “Xilasedici” 1:3 hesabı ilə məğlub olub. Komandamız cavab matçında qalib gələrsə, növbəti mərhələyə vəsiqə uğrunda qızıl set oynanılacaq. Mərhələni keçən komanda turnirin qrup mərhələsində iştirak edəcək.
26 noyabr 2026

