“Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının zona yarışı keçirilib

2019-04-13 / 15:50

“Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının zona yarışı keçirilib. Turnirdə hər biri 5 üzvdən ibarət 16 komanda iştirak edib. Samux, Gədəbəy, Göygöl, Goranboy, Şəmkir, Qazax və digər bölgələri 1, Gəncə və Mingəçeviri isə ayrı-ayırılıqda 2 komanda təmsil edib. Bu ilin ikinci rübünə, iyul ayınadək keçiriləcəyi planlaşdırılan final oyununa zona yarışının yekununda qalib gələn iki komanda vəsiqə qazanıb.

Vüsalə Camal