“Vaz 2107” ilə qoyun oğurlayan Lənkəran sakinləri heroinlə saxlanılıblar
2021-06-17 12:12
Lənkəranda ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurluqları etməkdə şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 15 baş qoyunu oğurlayıb sonuncunun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə qoyaraq aparıblar. Saxlanılan şəxslərin üzərindən heroin də aşkarlanaraq götürülüb.
Nərgiz camal