“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb
“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib. Üçüncü oyun günündə rapid növü üzrə VII, VIII və IX turun qarşılaşmaları baş tutub. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 1 qalibiyyət, 1 heç-heçə əldə edib, bir görüşdə isə 17 yaşlı Aydın Süleymanlıya uduzub. Məmmədyarov turnirdə ilk qələbəsini IX turda Abdulla Qədimbəyli üzərində qazanıb.