“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”. Xarici işlər naziri Ceyhun Bayramov
2021-02-25 16:00
“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, hazırda əsas marşrutlarda tıxac var və vətəndaşlar təhlükəsiz yerlərdə olmalıdır. "Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib” - deyə Ceyhun Bayramov bildirib. Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır.
Vüsalə camal