“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir
2021-09-07 10:00
Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər. Hərbi təyyarəçilərimiz təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar. Təlimlər sentyabrın 17-dək davam edəcək.
Vüsalə camal