“Turan Tovuz”da ayrılıq yaşanıb
"Turan Tovuz" və futbolçu Veysəl Rzayev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubdan məlumat verilib. 2022/2023-cü illər mövsümündən komandanın şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.

