“Turan Tovuz” ilklərə imza atıb
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXIII turunda ilklərə imza atıb. Tovuzlular ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurublar. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib.
Vəfa Şairova