“Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama görüşündə məğlub olub. Premyer Liqa təmsilçisi Rumıniya klubu “Petrolul”la qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.