“Turan Tovuz” – “Sumqayıt-2” oyunu yarımçıq dayandırılıb
2021-02-17 16:10
Azərbaycan çempionatının I divizionunun “Turan Tovuz” – “Sumqayıt-2” oyunu yarımçıq dayandırılıb. 8-ci turun görüşünün başa çatdırılmasına hava şəraiti mane olub. Güclü qar yağdığı üçün qarşılaşma ikinci hissənin əvvəlində saxlanılıb. Hakimlər, hakim-inspektor və AFFA nümayəndəsi görüşün taleyi ilə bağlı yığıncaq keçirir. Görüş böyük ehtimalla bu gün baş tutmayacaq. Oyun dayandırılarkən hesab 0:0 olub.
Vüsalə Camal