“Transfermarkt” transferlərinə ən çox pul xərclənən futbolçuları açıqlayıb
Futbolçu karyerası ərzində transferlərinə ən çox pul xərclənən oyunçuların siyahısı dərc edilib. Cədvəldə birinci yeri braziliyalı Neymar tutur. İndiyə qədər onun transferlərinə ümumilikdə 400 milyon avro xərc çəkilib. İkinci pillədə Romelu Lukaku qərarlaşıb. Futbolçunun 8 keçidinə klublar 339 milyon avro ödəniş ediblər. İlk üçlüyü 4 transferə 247 milyon avro ilə Kriştianu Ronaldu tamamlayır.
Nərgiz Camalzadə