“Traktor”un futbolçusu "Neftçi"də
Azərbaycan millisinin futbolçusu Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib. İranın “Traktor” klubundan alınan 30 yaşlı müdafiəçi “ağ-qaralar”la il yarımlıq müqavilə imzalayıb. O, “Neftçi”nin qış fasiləsində ilk transferi olub.