“Trabzonspor” azarkeşləri Azərbaycana dəstək nümayiş etdiriblər
2020-10-31 11:08
“Trabzonspor” klubu növbəti dəfə ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. “Bordo-mavilililər”in Super Liqanın VII turunda “Kasımpaşa” ilə ev oyunu zamanı qapı arxasındakı tribunalarda yer alan azarkeşlər böyük Azərbaycan bayrağı açaraq “Qarabağ bizimdir, bizim qalacaq” şüarını səsləndiriblər. “Trabzonspor” qarşılaşmada “Kasımpaşa”ya 3:4 hesabı ilə məğlub olub.
Nərgiz Camal