“Tottenhem” klubu baş məşqçisi Nuno Eşpirito Santo ilə yollarını ayırıb
2021-11-01 16:01
“Tottenhem” klubu baş məşqçisi Nuno Eşpirito Santo ilə yollarını ayırıb. London təmsilçisi portuqaliyalı mütəxəssisin müqavilənin ləğv edildiyini açıqlayıb. 47 yaşlı çalışdırıcı komandanın sükanı arxasına bu ilin yayında Vulverhemtonnan gətirilmişdi. “Tottenhem” 10 turdan sonra Premyer Liqada 15 xalla 8-ci pillədə qərarlaşır.
Vüsalə camal