“TikTok”un ölkədə yayımının müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb
"Tik-Tok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında deyilib. ""Tik-Tok"un özünün alqoritmi var. Hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib qarşınıza çıxarır. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövqedici məlumat paylaşacaq - deyə xidmətdən bildirilib.