Canlı
“TANAP-ın həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə iradəsi nəticəsində mümkün olub” – Prezident İlham Əliyev

2018-06-13 / 09:09

“TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq”. Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP-ın açılış mərasimində deyib ki, bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Vəfa Şairova