“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçıları “Türk Dünyası Həftəsi” çərçivəsində Şuşa şəhərinə səfər ediblər.Qonaqlar Şuşa qalası, mərkəzi meydan, Xurşidbanu Natəvanın ev-muzeyi, Xan qızı bulağı və Gəncə qapısı ilə tanış olublar. Səfər zamanı iştirakçılara Şuşada aparılan bərpa və yenidənqurma işləri, eləcə də şəhərin tarixi-mədəni irsinin qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
02 iyul 2026

