“Sumqayıt” 100-cü qələbəsini qazanıb
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 100-cü qələbəsini qazanıb. Yubiley qalibiyyəti XVIII turda “Səbail” üzərində əldə edilib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Sumqayıtın eyniadlı təmsilçisi bu uğura 382-ci matçında nail olub. 2011-ci ildən Premyer Liqada oynayan “gənclik şəhəri” təmsilçisi 62 dəfə evdə, 38 dəfə səfərdə 3 xalın sevincini yaşayıb.
Fərid Mehdiyev