“Sumqayıt” “Qarabağ”la qarşılacacaq
“Sumqayıt” Premyer Liqanın XVI turunda qəbul edəcəyi “Qarabağ”a 4 ildir evdə qalib gələ bilmir. “Gənclik şəhəri” təmsilçisi axırıncı dəfə 2019-cu ilin noyabrında doğma arenasında güclü rəqibindən 3 xal almağı bacarıb. Bu gün keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı saat 19:30-da başlayacaq. Hazırda ağdamlılar 32 xalla birinci, sumqayıtlılar isə 23 xalla üçüncü pillədə qərarlaşıblar.
Fərid Mehdiyev