“Sualtı hücum xüsusi təyinatlı kursu"nun buraxılış mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrinin N hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsi, sualtı hücum və müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib. Kursda fərqlənənlər mükafatlandırılıblar.
Lalə Nəsib