“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb
2020-02-18 12:04
“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb. Anlaşmaya əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna kimi paytaxt kollektivinin uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.
Vəfa Şairova