“Sabah” Çempionlar Liqasına hazırlaşır
“Sabah” basketbol komandası Azərbaycan çempionatı və FIBA Çempionlar Liqasının oyunlarına tam hazır olmağı hədəfləyir. Baş məşqçi Lazar Spasiç bildirib ki, komanda hazırda Litvada təlim-məşq toplanışındadır və güclü rəqiblərlə oyunlar keçirir. Onun sözlərinə görə, yeni heyətin bir-birinə uyğunlaşması üçün zamana ehtiyacı var. Spasiç komandanın hər gün inkişaf etdiyini və qarşıdakı yarışlara tam hazır olacağına inandığını bildirib.
07 sentyabr 2026

