“Sabah”ın baş məşqçisi: "Sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq"
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas və “Mançester Yunayted”in çalışdırıcısı Maykl Kerrik komandalar arasındakı qarşılaşmadan sonra fikirlərini bölüşüblər. Dambrauskas 0:4 hesablı məğlubiyyətin komanda üçün böyük təcrübə olduğunu bildirib:“Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq”,- baş məşqçi deyib.“Rəqibə böyük hörmət göstərmək lazımdır. "Sabah" mübarizə aparmaq üçün çətin komandadır. Hesab oyunun rahat keçdiyi təəssüratı yarada bilər, amma qarşılaşma heç də rahat olmadı. Buna baxmayaraq, layiqli qələbə qazandıq”. Bu fikirləri isə Maykl Kerrik söyləyib.
11 sentyabr 2026

