“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib”
Təkliflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı təqdim edilib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib. Məmmədyarov qeyd edib ki, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək təklif edilib: "Biz, buna razılığımızı verdik. Görüşün tezlikə baş tutacağını gözləyirik". Sitatın sonu.
Vəfa Şairova