“Qarabağ” qrup mərhələsində ilk dəfə məğlub olub
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Ağdam klubu H qrupundakı üçüncü matçında Almaniyada “Bayer”lə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:1. "Çox yaxşı komandaya uduzduq. Səviyyə fərqinin şahidi olduq". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis rəqibə boşluqlar verdiklərini vurğulayıb. Bu qrupunda digər matçında “Molde” “Hekken”ə eyni hesabla qalib gəlib.
Nərgiz Camalzadə