Canlı
“Qarabağ” Premyer Liqadakı oyunu təxirə salınıb

2018-08-09 / 12:13

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib. "Qarabağ" III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Premyer Liqanın 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib. "Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində dəyişiklik edib. "Qarabağ"-"Zirə" matçı avqustun 10-dan sentyabrın 26-a keçirilib.

Vəfa Şairova