“Qarabağ” Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub. Oyun 2:2 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətubat konfransında matçla bağlı fikirlərini bölüşüb.
Azad Mustafayev