Canlı
“Qarabağ” BATE klubuna məğlub oldu

2018-08-08 / 12:12

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb. Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan qarşılaşmada köhlən atlar 1:0 hesabıyla məğlub olublar. Bu komandalar arasında cavab görüşü avqustun 14-da Borisovda keçiriləcək.

Vəfa Şairova