“Qarabağ” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb
2020-11-02 11:08
“Qarabağ” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb. Yubiley Premyer Liqanın 8-ci turuna təsadüf edib. “Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubunun bu uğuru 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.
Vəfa Şairova