“Qarabağ” “Vilyarreal”la oyun üçün İstanbula yollanıb
2020-10-27 18:09/b>
Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la qarşılaşacaq “Qarabağ” Azərbaycanı tərk edib. Azərbaycan çempionu çarter reysi ilə qarşılaşmanın oynanılacağı İstanbula yola düşüb. Qurban Qurbanov sabah oyunöncəsi son məşqini keçəcək. Ağdamlılar ölkədəki hərbi vəziyyətlə əlaqədar “Vilyarreal”ı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcəklər. Oktyabrın 29-da keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.
Nərgiz Camal