“Qarabağ” - “Bayer 04” oyununa 15 000 bilet satılıb
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 000 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir. Noyabrın 9-da keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Nərgiz Camalzadə