“Qarabağ”ın UEFA reytinqindəki yeri bəlli olub
Azərbaycanın avrokuboklardakı son təmsilçi “Qarabağ”ın mübarizəni dayandırması ilə ölkəmizin UEFA reytinqində 2022/2023 mövsümünü hansı pillədə başa vuracağı dəqiqləşib. Azərbaycan UEFA reytinqində mövsümü 4,000 xalla, ümumilikdə isə 16,625 xalla 29-cu pillədə yekunlaşdırıb. Reytinqə 103,855 xalla İngiltərə başçılıq edir.
Nərgiz Camalzadə