“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən Qazaxıstanda çıxış edə bilər
2021-12-24 14:12
“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən Qazaxıstanda çıxış edə bilər. Qazaxıstan mətbuatının məlumatına görə, Azərbaycan millisinin üzvü “Aktobe”nin transfer siyahısına düşüb. 27 yaşlı qolkiper “qırmızı-ağlar”dan təklif alıb və özü də Qazaxıstana dönməyə hazırdır. Balayevin mümkün keçidinə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddətə sıradan çıxması mane olur. Bu səbəbdən, "Aktobe" başqa namizədləri nəzərdən keçirə bilər.
Vüsalə camal