“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşib
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib. Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək. Noyabrın 29-da baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq. Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu gecə saat 12-də başlayacaq.
Nərgiz Camalzadə